"Qalatasaray" Türkiyə Super Liqasının XVII turunda "Kasımpaşa"nı 3:0 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, görüşdə son nöqtəni qoyan Mauro İkardi sarı-qırmızılı forma ilə Super Liqada 60-cı qolunu vurub.

Argentinalı hücumçu bununla da George Hacini geridə qoyaraq "Qalatasaray" tarixində Türkiyə çempionatında ən çox fərqlənən əcnəbi futbolçu olub.

İkardi 2022-ci ildən "cim-bom"da çıxış edir. O, burada ümumilikdə 110 oyunda 70 qol vurmağı bacarıb.