Misli Premyer Liqasında XVI tura bu gün yekun vurulacaq.

Offsideplus.az xəbər verir ki, eyni zamanda bu ilin son oyunu da olacaq.

"Sumqayıt" "Sabah"ı qəbul edəcək.

Hər iki komanda son vaxtlar yaxşı formadadır.

"Sumqayıt"ın 27, "Sabah"ın isə 34 xalı var.

"Bayquşlar" ötən həftə "Qarabağ"ı məğlub etməyi bacarıb.

Misli Premyer Liqası, XVI tur

22 dekabr (bazar ertəsi)

19:30 “Sumqayıt” – “Sabah”

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Rəvan Həmzəzadə  

VAR: İnqilab Məmmədov

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Nəriman Axundov

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu