Azərbaycan Basketbol Liqasında (ABL) XI tura bu gün start verilib.

Offsideplus.az xəbər verir ki, hər iki görüş eyni vaxtda başlayıb - 19:00.

"Sumqayıt" doğma meydanında "Lənkəran"ı qəbul edib və 99:95 hesabı ilə qalib gəlib. 

Bakı İdman Sarayında isə "Ordu" "Naxçıvan" üzərində 86:64 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, bu turun NTD - "Gəncə" və "Sabah" - "Neftçi" matçları təxirə salınıb.

ABL, XI tur

B qrupu 

"Ordu" - "Naxçıvan" 86:64 (19:19, 22:17, 18:8, 27:20)

"Sumqayıt" - "Lənkəran" 99:95 (17:30, 22:16, 28:29, 32:20)