Mərakeş milli komandasının Komor adalarını Afrika Millətlər Kubokunda məğlub etdiyi oyunda baxımlı qol vurulub.
Offsideplus.az xəbər verir ki, Ayub El Kaabi 74-cü dəqiqədə akrobatik tullanışla topu qapıya göndərib.
Oyun Mərakeşin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, A qrupu çərçivəsində baş tutan oyundan sonra Mərakeş 3 xalla qrupun lideridir.
Qolun videosunu təqdim edirik:



