Braziliya yığmasının və "Barselona"nın sabiq üzvü Dani Alves Portuqaliya 3-cü liqasında mübarizə aparan "San-Juan-de-Ver"i satın almaq üzrədir.

Offsideplus.az xəbər verir ki, o, həm də peşəkar futbola qayıtmaq istəyir. Braziliyalı öz klubu ilə 6 aylıq müqavilə imzalayacaq.

Bu barədə "ESPN Brazil" məlumat yayıb.

Alves 2023-cü ilin yanvarından bəri futbol oynamır. O, cinsi zorakılığa görə həbs də edilmişdi.

Bir ildən artıq həbsdə qalan D. Alves daha sonra sübutların kifayət qədər olmaması səbəbindən azad edilib.