“Liverpul” Məhəmməd Salahla bağlı İtaliya səfəri öncəsi böyük qərar verəcək. 

Offsideplus.az xəbər verir ki, klun rəhbərliyi bazar ertəsi səhəri Məhəmməd Salahın komanda ilə birlikdə İtaliyaya, “San Siro”da “İnter”ə qarşı oyuna gedib-getməyəcəyi barədə kritik qərar verəcək.

Klub rəhbərliyi futbolçunun mediaya verdiyi açıqlamalarla bağlı onu cəzalandırıb-cəzalandırmamaq məsələsini hələ də müzakirə edir.

Məlumata görə, Salah bu gün “AXA Training Centre”də komandanın məşqində iştirak edib.