"Mançester Yunayted"in sahibi Cim Retkliff klubun bütün səhmlərini almaq istəyir.
Offsideplus.az xəbər verir ki, ingilis iş adamı buna görə də digər klubu "Nitsa"nı satacaq. O, Fransa klubunu 250 milyon avroya satmağı planlaşdırır.
Bu barədə "GiveMeSport" portalı məlumat yayıb.
Retkliff 2023-cü ildə "Mançester Yunayted"in 25 faizini satın alıb. Onun şirkəti INEOS "qırmızı şeytanlar"ın idman fəaliyyətlərinə nəzarət edir.