"Mançester Yunayted" dünya ulduzunu baş məşqçi postuna gətirir.

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar"ın rəhbərliyi Xavi Hernandezi komandanın "sükanı arxası"nda görmək istəyir. Bu barədə "Fichajes" məlumat yayıb.

İngiltərə nəhəngi Xavini razı salmaq üçün "Barselona"da çalışdığı dönəmdə olduqca bəyəndiyi futbolçu olan Fernan Lopezə transfer təklifi ediləcəyi iddia olunur.

Qeyd edək ki, Kataloniya təmsilçisi ilə 143 matçda meydana çıxan ispan mütəxəssis ortalama 2.07 xal toplayıb.