"Çelsi"nin hücumçusu Rəhim Sterlinq klubunu dəyişə bilər.
Offsideplus.az xəbər verir ki, ingiltərəli futbolçuya Səudiyyə Ərəbistanından ciddi maraq var. Lakin 29 yaşlı vinger ərəb klubuna keçmək niyyətində deyil.
Cari mövsüm o, İngiltərə Premyer Liqasında 23 oyun keçirib, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.