"Liverpul" Almaniya millisinin baş məşqçisi Yulian Nagelsmannı icarəyə götürə bilər.

Offsideplus.az xəbər verir ki, mersisaydlılar onu "Bayer-04"in baş məşqçisi Xabi Alonsoya alternativ hesab edirlər. "Qırmızılar" "Sportinq"ə başçılıq edən ispan mütəxəssis Ruben Amorimi də nəzərdən keçirir. 

Xatırladaq ki, yanvarın 26-da alman mütəxəssis Yurgen Klopp bu mövsümün sonunda "Liverpul"u tərk edəcəyini açıqlamışdı.