London “Arsenal”ının cinah oyunçusu Bukayo Saka “Nyukasl Yunayted”lə 26-cı tur matçında (4:1) vurduğu qolla 2024-cü ilin əvvəlindən İngiltərə Premyer Liqasının ən yaxşı bombardirləri reytinqinə təkbaşına başçılıq edir.

Offsideplus.az xəbər verir ki, bu barədə "Squavka" məlumat yayıb. Mənbənin məlumatına görə, 22 yaşlı ingilis futbolçu ilin əvvəlindən 6 matçda 7 qol vurub. O, Premyer Liqada ardıcıl 5 matçda fərqlənib. “Mançester Yunayted”in hücumçusu Rasmus Hoylund 6 qolla siyahıda 2-cidir.

Bu mövsüm Saka klub üçün bütün yarışlarda 34 matçda iştirak edib, 16 qol vurub və 13 məhsuldar ötürmə verib.