"Liverpul"un kapitanı Vircil van Deyk 2018/19 mövsümünün əvvəlindən indiyədək 18 qol vurub ki, bu da İngiltərə Premyer Liqasında bütün müdafiəçilərdən çoxdur.
Offsideplus.az xəbər verir ki, niderlandlı futbolçu İngiltərə Premyer Liqasının 26-cı turunun ötən gecə “Enfild”də baş tutan “Luton”la matçında (4:1) qol vurub. Van Deyk 2018-ci ilin yanvarından “qırmızılar”da oynayır; mersisaydlılara o, “Sauthempton”dan qoşulub.
Bu mövsüm 32 yaşlı oyunçu bütün turnirlərdə 29 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.