Bu yay "Çelsi" rəhbərliyi "Bayern"in hücumçusu Harri Keyni almaq üçün Münhen klubuna təklif göndərmək niyyətindədir.
Offsideplus.az xəbər verir ki, bu barədə "Football.London" məlumat verib. Mənbənin sözlərinə görə, ingilis hücumçu cari mövsümdə Almaniya təmsilçisi ilə kubok qazana bilməsə, onun gələn yay “zadəganlar”a keçmə şansı artacaq.
Xatırladaq ki, ötən yay münhelilərə keçməzdən əvvəl Keyn 2009-cu ildən "Tottenhem"də çıxış edirdir. "Xoruzlar"ın əsas heyətində 30 yaşlı hücumçu bütün turnirlərdə 430 oyun keçirib və 278 qol vurub və 64 məhsuldar ötürmə edib.