"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq komandanın İngiltərə Premyer Liqasının ilk 4-lüyü uğrunda mübarizəsi ilə bağlı fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, bu barədə niderlandlı mütəxəssis "Sky Sports"a açıqlama verib:
“Düşünürəm ki, biz axını döndərdik söyləməyimiz üçün çox tezdir. Biz bunu hələ etməmişik. Yarışa qayıtdıq, amma ilk 4-lükdə olmaq bu klubun istədiyinin minimumudur. Amma mən hiss edirəm ki, biz indi düzgün istiqamətdə irəliləyirik. Futbolçularımız özlərini toparladıqdan sonra əmin oldum ki, ilk 4-lükdə olmaq bacarığımız var. Mən bütün mövsümlərdə buna əmin olmuşam, amma indi bunu meydanda təsdiqləməliyik”.