Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu daha bir məşhur futbolçunu transfer etmək niyyətindədir.

 Offsideplus.az "FootMercato"ya istinadla xəbər verir ki, sözügedən klub, "Liverpul"un qapıçısı Alisson Bekkeri sıralarına qatmaq istəyir.

Braziliyalı "1 nömrə"nin də SƏ təmsilçisinə keçmək niyyətində olduğu bildirilir.

O, sabiq komanda yoldaşı Sadio Mane və "Əl-Nəsr"in portuqaliyalı ulduzu Kristiano Ronaldo ilə birlikdə oynamaq istəyir.