İspaniyalı qapıçı David de Xea "Mançester Yunayted"dən ayrılıb.

Offsideplus.az xəbər verir ki, 32 yaşlı qolkiperlə başa çatan müqavilənin müddəti yenilənməyib.

Beləliklə, o, 12 ildən sonra Mançester təmsilçisindən ayrılıb.

De Xea 2011-ci ilin yayında "Atletiko"dan "Mançester Yunayted"ə transfer olunmuşdu. O, bu klubda 545 oyuna çıxıb və 190 matçda qapısını toxunulmaz saxlayıb.