"Mançester Yunayted" qapıçısı David De Xea ilə yollarını ayırmaq istəmir. 

Offsideplus.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Erik Ten Haq açıqlayıb. O, ispan qolkiperin gələcəyi barədə bu sözləri deyib:

"Onun komandada qalmasını istəyirik. David də "Mançester Yunayted"də qalmaq istəyir. Məncə, yeni müqavilə ilə bağlı razılıq əldə olunacaq".

 

Günay Xəlil