"Mançester Yunayted" qapıçısı David De Xea ilə yollarını ayırmayacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Erik Ten Haq açıqlama verib:
"David de Xeanı komandadan uzaqlaşdırmayacam. O, 100% oynayacaq. Son dönəmlərdəki səhvlərinə görə müqavilə danışıqları necə gedir? Yox, düşünmürəm ki, bu bir səbəbdir. Davidin təcrübəsi böyükdür".
Qeyd edək ki, 32 yaşlı qolkiperin "Mançester Yunayted"lə sözləşməsinin müddəti 2023-cü ilin yayında başa çatır.