"Mançester Siti" klubunun ulduz futbolçusu Erlinq Haaland İngiltərə Premyer Liqasında "Sauthempton"a qarşı oynaya biləcək.
Offsideplus.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Xosep Qvardiola bildirib. O, zədəsini yeni sağaldan hücumçunun son günlər yaxşı məşq etdiyini deyib. O, Haalandın hazır olacağını qeyd edib.
Qeyd edək ki, sabah keçiriləcək "Sauthempton" - "Mançester Siti" oyunu Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.