"Mançester Siti"nin futbolçusu Erlinq Haalanda görə maraqlı təklif alıb.

Offsideplus.az xəbər verir ki, İngiltərənin 7-ci liqa təmsilçisi "Aşton Yunayted" norveçli hücumçunu DÇ-2022-nin keçirildiyi (28 gün) müddətdə icarəyə götürmək istəyir.

Klub rəsmi təklifi "şəhərlilər"ə göndərdiyini bildirib.

 Qeyd edək ki, Haalandın formasını geyindiyi Norveç millisi Qətərdə keçiriləcək mundialda iştirak etməyəcəyi üçün futbolçu bu müddətdə rəsmi görüşlərdə oynaya bilməyəcək.