"Mançester Yunayted" klubunun rəhbərliyi komandanın baş məşqçisi Ole Qunnar Sulşeri istefaya göndərmək qərarına gəlib.

Offsideplus.az xəbər verir ki, müvafiq əvəzedici şəxs tapıldıqdan sonra bununla bağlı birdəfəlik tədbir görüləcək.

Qeyd edək ki, "qırmızı şeytanlar" İngiltərə Premyer Liqasında 11 turdan sonra aktivində 17 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.