"Mançester Yunayted" qapıçısı David De Xea ilə sözləşməni uzatmaq niyyətindədir.

Offsideplus.az xəbər verir ki, "qırmızı-şeytanlar" müqaviləsi gələn mövsümün sonu başa çatacaq olan qolkiperi əldən buraxmaq istəmir.

Qeyd edək ki, De Xea 2011-ci ildə Madrid "Atletiko"sundan "Mançester Yunayted"ə keçib.