"Mançester Yunayted"in ulduzu Ronaldo baş məşqçisini geridə qoyub.

Offsideplus.az xəbər verir ki, 36 yaşlı futbolçu "Atalanta" ilə matçda etdiyi dublla "qırmızı şeytanlar"ın heyətində 127-ci qolunu vurub. O, 126 dəfə fərqlənən hazırkı mütəxəssis Ule Qunnar Sulşeri geridə qoyub.

Qeyd edək ki, klub tarixinin bombardiri isə 253 qol vuran Ueyn Runidir.