"Mançester Yunayted" klubunun yeni transferi Ceydon Sanço yeni mövsümün əvvəlini buraxacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Ole Qunnar Sulşer məlumat verib. O, ingilis yarımmüdafiəçinin hələ tam formada olmadığını deyib.

Qeyd edək ki, "Mançester Yunayted" bu yay Dortmund "Borussiya"sından Sançonu transfer edib.