"Mançester Yunayted" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Offsideplus.az Britaniya mətbuatına istinadən xəbər verir ki, "qırmızı şeytanlar" Dortmund "Borussiya"sından Ceydon Sançonun keçidini həll etmək üzrədir.

Belə ki, tərəflər 21 yaşlı cinah yarımmüdafiəçisinin transferini bu yay bitirmək barədə razılıq əldə ediblər.

Transfer 85 milyon avro + 10 milyon avro bonuslar dəyərində olacaq.

Qeyd edək ki, Sanço 2017-ci ildən Bundesliqa klubunda çıxış edir.