“Mançester Yunayted” klubu baş məşqçi Ule-Qunnar Sulşerə yeni müqavilə təklif etməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi norveçli mütəxəssisin müddəti 2022-ci ilin yayına qədər olan müqaviləsini daha üç il artırmaq niyyətindədir.
Qeyd edək ki, "Mançester Yunayted” İngiltərə Premyer Liqasında mövsümü 2-ci sırada bitirib.