"Mançester Yunayted"in baş məşqçisi Ule-Qunnar Şulşer Kriştianu Ronaldoya zəng vurub.

Offsideplus.az AS-a istinadla xəbər verir ki, təcrübəli çalışdırıcı ulduz futbolçuyla gələcək planları haqda danışıb, yenidən İngiltərəyə qayıtmaq istəyi barədə soruşub.

Mənbənin məlumatına görə, "7 nömrə" sabiq klubuna qayıtmaqda maraqlıdır. Bunun üçün "Yuventus"la transfer məsələsində razılıq əldə olunmalıdır. 

Qeyd edək ki, Kriştianu 2003 - 2009-cu illərdə "Mançester Yunayted"in formasını geyinib ki, 3 dəfə Premyer Liqada, 1 dəfə ölkə kubokunda və Superkubokda qalib olub. Həmçinin "qırmızı şeytanlar"ın heyətində Çempionlar Liqasını və klublararası dünya çempionatını, karyerasında ilk dəfə "Qızıl top"u qazanıb.