Ceydon Sanço "Mançester Yunayted"in transfer siyahısındakı əsas adlardan biridir.

Offsideplus.az "Daily Star"a istinadla xəbər verir ki, "qırmızı şeytanlar" yayda 21 yaşlı futbolçunu heyətinə qatmağa hazırlaşır. Hətta onun üçün Dortmund "Borussiya"sına təklif olunacaq məbləğ də məlumdur - 90 milyon avro. 

Erlinq Haalandın keçidi üçün azı 16-170 milyon ödəmək lazım gəldiyindən, "Mançester Yunayted" diqqətini digər istedada yönəldib.

Qeyd edək ki, "Borussiya" ilə müqaviləsinin müddəti 2023-ün yayında başa çatacaq Sanço cari Bundesliqa mövsümündə meydana çıxdığı 24 oyunda 8 qol vurub, 11 məhsuldar ötürmə verib.