"Tottenhem"dən qovulan Joze Mourinyo narahat deyil.
Sevdiyi peşəsindən ayrılmasına baxmayaraq, klub rəhbərliyi ona milyonlar ödəməkdə davam edəcək.
Offsideplus.az xəbər verir ki, "Tottenhem"dən tərk edən 58 yaşlı mütəxəssis məşqçilik karyerasının ən yüksək məbləğli təzminatını alacaq. Başbilənlər portəgiz çalışdırıcıya 30 milyon funt, təxminən 34,5 milyon avro ödəmək məcburiyyətindədir. Bununla da Mourinyonun indiyə qədər klublardan aldığı təzminatın məbləği 100 milyon avronu ötəcək.
2007-ci il, "Çelsi", 18 milyon funt
2012-ci il, "Real", 17 milyon funt
2015-ci il, "Çelsi", 12,5 milyon funt
2019-cu il, "Mançester Yunayted", 15 milyon funt
"Tottenhem"dən alacağı 30 milyon funtu da nəzərə alanda, məbləğ 100 milyon avronu ötür.