"Tottenhem"in baş məşqçisi Joze Mourinyo Pol Poqbanın səsləndirdiyi tənqidlərə cavab verib.

Offsideplus.az xəbər verir ki, "Tottenhem" - "Mançester Yunayted" (1:3) matçında Hın Min Sonun yerə yıxılmasını baş məşqçi Ole Qunnar Sulşer tənqid edərək, öz oğlu belə etsə, ona yemək verməyəcəyini demişdi. Joze Mourinyo isə valideynlərin uşaqlarını yeməksiz qoymamalı və Sonun atasının Sulşerdən yaxşı olduğunu açıqlamışdı. 

Poqba Mourinyonun bu sözlərini tənqid edərək, “Sulşer futbolçulara qarşı çıxmır. Mourinyo ilə onun arasındakı fərq budur” - deyib. 

Joze Mourinyo isə fransalı futbolçuya belə reaksiya verib:

"Demək istəyirəm ki, Poqbanın nə dediyi məni maraqlandırmır. Bu, həqiqətən də belədir”.