İngiltərə Premyer Liqasında dünən baş tutan "Tottenhem" - "Mançester Yunayted" (1:3) matçından sonra baş məşqçilərin mətbuat konfransı baş tutub.

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar"ın baş məşqçisi Ole Qunnar Sulşer Kavaninin qolunun ləğv edildiyi epizod barədə danışarkən "Tottenhem"in futbolçusu Son Hın Min barədə qalmaqallı açıqlama verib:

"Əgər Son mənim oğlum olsaydı və o, üç dəqiqə qazonda qalıb, 10 yoldaşın köməyi olmadan ayağa qalxa bilməsəydi, mən onu axşam yeməyindən məhrum edərdim".

Bu sözlərə "Tottenhem"in çalışdırıcısı Joze Mourinyo reaksiya bildirərək, üzüldüyünü deyib:

"Olenin Sonni ilə bağlı verdiyi şərhlərdən sonra məndən bu barədə soruşmadığınıza həddindən artıq təəccübləndim. Mən cür açıqlama versəydim, reaksiyanız necə olardı? Çox kədərlidir. Mənə də başqaları kimi münasibət göstərməməyiniz çox üzücüdür. Sadəcə, demək istəyirəm ki, Son çox şanslıdır ki, onun atası Sulşerdən daha yaxşıdır. Mən də atayam. Düşünürəm ki, oğullar nə etsələr də, hər zaman atalar uşaqlarını bəsləməlidirlər. Övladlarınızı qidalandırmaq üçün oğurluq etməlisinizsə, edəcəksiniz. Portuqaliyada çörək çörəkdir, pendir pendirdir. Sizin 6-7 sual verib, bu məsələyə toxunmamağınıza çox məyus oldum".