"Mançester Yunayted" ünlü qapıçısı De Xeadan canını qurtamaq istəyir.
Offsideplus.az xəbər verir ki, buna səbəb ispan qapıçının maaşının yüksək olması və Din Hendersonun "çərçivə"dəki inamlı çıxışıdır. "Qırmızı şeytanlar" həftəlik maaşı 411 000 avro olan təcrübəli qolkiperin hazırkı şərtini yerinə yetirmək iqtidarında deyil. De Xeanın mançesterlilərlə müqaviləsinin müddətinin 2023-cü ilin yayına qədər olduğunu nəzərə alsaq, klubun futbolçunu razı salması üçün ciddi məbləğ ödəməli olduğu da məlum məsələdir. Hazırkı vəziyyətdə "Mançester Yunayted" adıçəkilən qapıçıya 2023-un iyununa qədər 42,8 milyon avro ödəməlidir.
Qeyd edək ki, klub rəhbərliyi De Xeadan başqa Serxio Romero, Li Qrant və Coel Pereyrayla da yolları ayırmaq niyyətindədir.