"Mançester Yunayted" klubu baş məşqçisi Ule-Qunnar Sulşerlə müqavilənin müddətini uzatmaq istəyir.
Offsideplus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 48 yaşlı mütəxəssisin rəhbərliyi altında komandanın nəticələrindən razıdır.
"Qırmızı şeytanlar"ın rəhbərliyi norveçli baş məşqçinin daha uğurlu nəticələr qazanacağına inanır.
Qeyd edək ki, Sulşer 2018-ci ildən "Mançester Yunayted"də işləyir. Onun klubla sözləşməsi 2022-ci ilin yayında başa çatmalıdır.