"Mançester Yunayted"in qolkiperi David De Xeanın adı yenidən "Real"la birgə hallanır.
Offsideplus.az xəbər verir ki, son olaraq, "qırmızı şeytanlar"ın baş məşqçisi Joze Mourinyo ispan qapıçının gələcəyi ilə bağlı fikrini media nümayəndələriylə bölüşüb.
"De Xeanın "Yunayted"dən ayrılmaq ehtimalı belə, yoxdu" - deyən portuqaliyalı çalışdırıcı "Real" iddialarını təkzib edib.
Qeyd edək ki, De Xeanın "Mançester Yunayted"lə olan anlaşması bu yay bitir. Ancaq müqavilədə yer alan bəndə görə, sazişin müddəti 2020-ci ilin yayına qədər uzadıla bilər.(apasport.az)