“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer uğursuz nəticə ilə İngiltərə futbol tarixinə düşüb.
Offsideplus.az xəbər verir ki, norveçli mütəxəssis İngiltərə klublarının baş məşqçisi kimi Çempionlar Liqasında keçirdiyi ilk 10 oyunda ən çox uduzan mütəxəssis olub.
Qrup mərhələsinin VI turunun “Leypsiq”lə görüşündəki yenilgi Sulşer üçün 6-cı uğursuzluqla yadda qalıb – 2:3. Digər 4 matçda onun yetirmələri qələbə qazanıb.
“Mançester Yunayted” isə son 17 ildə ilk dəfə ardıcıl iki oyunda 3 və ya daha çox qol buraxıb. “Qırmızı şeytanlar” sonuncu dəfə 2003-cü ilin aprelində belə halla üzləşmişdi.