Yay transfer dönəmində "Mançester Yunayted"in "Dortmund"lu Ceydon Sançonun transferi üçün "dəridən-qabıqdan çıxdığı" hər kəsə məlumdur. Gənc ulduzun keçidi baş tutmayınca, "qırmızı şeytanlar" da onun əvəzinə başqa futbolçu tapıb.
Offsideplus.az Sun-a istinadən xəbər verir ki, "Mançester Yunayted" "Lester"in yarımmüdafiəçisi Harvi Barnsı transfer etməyi düşünür. 60 milyon funt-sterlinq dəyərində olan 22 yaşlı futbolçu baş məşqçi Sulşerin xoşuna gəlib. Barns bu mövsüm 10 oyunda çıxış edərək 3 qol vurub.
Qeyd edək ki, "Mançester Yunayted" yay transfer pəncərəsinin bağlanmasına az qalmış iki gənc yarımmüdafiəçi Pellistri və Amad Diallanı heyətinə qatmağı bacarmışdı.