"Mançester Yunayted" baş məşqçisi Ole Qunnar Sulşer ilə yollarını ayırmağa hazırlaşır. 

Offsideplus.az Goal-a istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın yeni hədəfi təcrübəli mütəxəssis Maurusio Poçettinodur. Premyer Liqa təmsilçisinin 48 yaşlı baş məşqçinin nümayəndələri ilə əlaqəyə girdiyi bildirilir.

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsində 2:1 hesabı ilə "Başakşəhər"ə uduzan "Mançester Yunayted" hazırkı baş məşqçi Sulşeri uzaqlaşdırmağı düşünür.