"Mançester Yunayted" rəhbərliyi Ule Qunnar Sulşerlə yolları ayırmaq barədə düşünmür.
Offsideplus.az xəbər verir ki, cari mövsümdə Premyer Liqada keçirdiyi 14 oyundan 4-ündə qalib gəlməyi bacaran "Mançester Yunayted"də azarkeşləri Sulşeri günahlandırsa da, rəhbərliyin Sulşerə güvəni əksilməyib.
"Tottenhem"dən ayrıldıqdan sonra Mourisio Poçettinonun adı "Mançester Yunayted"lə çəkilirdi. Ed Vudvard çox pis nəticələr qeydə alınmayacağı təqdirdə, Sulşerin komandanı toparlaya biləcəyinə inandığını bildirib.
"Mançester Yunayted" 14 turdan sonra 18 xalla doqquzuncu pillədə qərarlaşıb. "Qırmızı şeytanlar" lider "Liverpul"dan 22 xal geri qalır.