David de Xea yayda klubunu dəyişə bilər.
Offsideplus.az xəbər verir ki, 8 ildir “Mançester Yunayted”in formasını geyinən ispaniyalı qapıçı yeni müqavilə təklifindən imtina edib.
İngiltərənin “The Sun” nəşri iddia edir ki, oyunçu anlaşmaya isti yanaşmadığı üçün klub haqqı olan bir illik şərti artırma müddətindən istifadə edəcək və daha sonra de Xeanı satış siyahısına qoyacaq.
Onun gedəcəyi ən real ünvan kimi isə “Yuventus” göstərilir. Maddi cəhətdən heç bir problemi olmayan “qoca sinyora”nın David üçün 85 milyon avro ödəyəcəyi iddia edilib.
Qeyd edək ki, sözügedən keçid reallaşsa, bu, dünyanın ən bahalı qapıçı transferi olaraq rekord kimi tarixə düşəcək.(matc.az)