"Mançester Yunayted" növbəti mövsüm iddialı olmaq istəyir.

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar"ın hədəfində "Tottenhem"in müdafiəçisi Kristian Romero var.

Bu barədə argentinalı jurnalist Qaston Edul məlumat yayıb.

Romero 2022-ci ilin yayından "Tottenhem"də çıxış edir. O, burada 156 oyun keçirib və 13 qol vurub.

28 yaşlı futbolçu Argentina yığmasının da əsas üzvlərindən biridir.