Fil Foden gələcəyini doğma klubu "Mançester Siti" ilə bağlamağa qərar verərək, bir çox nəhəng klubun transfer təkliflərinə "yox" deyib.

Offsideplus.az xəbər verir ki, ​ulduz futbolçu ilə maraqlananlar arasında İngiltərə Premyer Liqasının iddialı klublarından olan "Arsenal", "Çelsi" və "Tottenhem" ilə yanaşı, Almaniya nəhəngi "Bayern Münhen" və Səudiyyə Ərəbistanının bir neçə klubu da olub.

​Avropanın və Yaxın Şərqin böyük marağına baxmayaraq, Fodenin seçimi dəyişməz qalıb.