İngiltərənin "Çelsi" klubu hücum xəttini gücləndirmək məqsədilə transfer bazarında böyük bir addım atmağa hazırlaşır.

Offsideplus.az xəbər verir ki, London təmsilçisi Portuqaliya millisinin və "PSJ"nin hücumçusu Qonsalo Ramuşu heyətinə qatmaq üçün rəsmi şəkildə yarışa daxil olub.

Mövsüm boyu gözləntiləri tam doğrultmayan gənc hücumçu Liam Delapın yayda komandadan ayrılacağı gözlənilir.

"Çelsi" rəhbərliyi onun boşluğunu daha təcrübəli və qol instinkti yüksək olan bir ulduzla doldurmaq niyyətindədir.

Fransada əsas heyətə düşməkdə çətinlik çəkən Qonsalo Ramuşun Premyer Liqada çıxış etməyə isti baxdığı bildirilir. Portuqaliyalı forvard üçün təkcə "Çelsi" deyil, bir neçə digər Avropa nəhənginin də sırada olduğu qeyd edilir.

Maliyyə detalları hələ rəsmən açıqlanmasa da, "zadəganlar"ın bu transfer üçün ciddi büdcə ayırdığı gələn məlumatlar arasındadır.

London klubu bu həmlə ilə hücum xəttindəki effektivliyini yenidən bərpa etməyi planlaşdırır.