Səudiyyə Ərəbistanında gözləniləni verə bilməyən və "fəlakətli" bir dövr keçirən uruqvaylı hücumçu Darvin Nunyes üçün ayrılıq vaxtı gəlib çatdı.

Offsideplus.az xəbər verir ki, ulduz futbolçu bu yay klubu tərk etmək üçün "Əl Hilal" rəhbərliyi ilə tam razılığa gəlib.

​Nunyesin bu qərarı verməsində əsas səbəb qarşıdan gələn 2026-cı il dünya çempionatıdır. Uruqvay millisinin baş məşqçisi Marselo Bielsa Nunyesin klubundakı az oyun müddəti və aşağı performansından ciddi narahatlığını ifadə edib. Karyerasını yenidən canlandırmaq istəyən 26 yaşlı forvard milli komandadakı yerini itirməmək üçün Avropaya qayıtmağı yeganə çıxış yolu kimi görür.

​"Liverpul"un keçmiş hücumçusunun transfer bazarına çıxması Avropanın böyük klublarını ayağa qaldırıb. Hazırda iki əsas namizəd ön plana çıxır:

  • ​Çelsi: Hücum xəttindəki kəsiri doldurmaq istəyən London təmsilçisi Nunyesi yaxından izləyir.
  • ​Yuventus: "Qoca Sinyora" hücum potensialını artırmaq üçün uruqvaylı forvardı A Seriyasına gətirməkdə maraqlıdır.