FIBA 3x3 Qadınlar Seriyasının Manila mərhələsində "Neftçi SOCAR" komandası da çıxış edir.
Offsideplus.az xəbər verir ki, B qrupunda mübarizə aparan komanda ilk oyunda Polşanı 22:11 hesabı ilə məğlub edib. Növbəti matç saat 15:30-da Çinə qarşı olacaq.
Manila mərhələsinin iştirakçıları Ulaanbaatar "Amazons", Polşa, Almaniya, Litva, Yaponiya, Filippin, Çin, ABŞ, Monqolustan, Sinqapur, Manila, Varşava, Beijing, "Mitsubishi Electric", İndoneziya və "Neftçi SOCAR" komandalarıdır.
Komandamız turnirdə Brianna Freyser, Aleksandra Mollenhauer, Dina Ulyanova və komandanın yeni transferi Aoi Katsura ilə mübarizə aparır.
Canlı yayım FIBA 3x3 YouTube kanalında yayımlanır.


