Albaniya Superliqasında 35-ci turun oyunları keçirilib.
Offsideplus.az xəbər verir ki, bu turda Azərbaycan dueli yaşanıb.
Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" öz meydanında Vüsal İsgəndərlinin formasını geyindiyi "Partizani"ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Meydan sahiblərinin ilk qoluna 17-ci dəqiqədə elə Z. Əliyev imza atıb. O, oyunu əvəzolunmadan keçirib. "Partizani"nin heyətində start heyətdə meydana çıxan Vüsal İsgəndərli isə fasilədə əvəzlənib.
Hazırda "Eqnatiya" 57 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Partizani" isə 45 xalla 5-ci yerdədir.
Görüşün icmalını buradan izləyə bilərsiniz:


