"Baku Open-2026" Beynəlxalq Şahmat Festivalının bağlanış mərasimi keçirilib.
Offsideplus.az xəbər verir ki, tədbirdə AŞF prezidenti Mahir Məmmədov, gənclər və idman naziri Fərid Qayıbov, FIDE prezidenti Arkadi Dvorkoviç və digər rəsmi şəxslər iştirak edərək turnirin beynəlxalq əhəmiyyətini vurğulayıblar.
Bağlanış mərasimində qaliblər də mükafatlandırılıb.
Turnirin əsas yarışında (A qrupu) iranlı Movahed Sina karyerasında ikinci dəfə çempionluq sevincini yaşayıb, hindistanlı Ajay Santhosh ikinci, təmsilçimiz Xəzər Babazadə isə üçüncü yeri tutub.
Qadınların mübarizəsində Polina Şuvalova (FIDE) birinci, Lu Miaoyi (Çin) ikinci, Yekaterina Qoltseva (FIDE) üçüncü olub.
B qrupunda Mehriban Əhmədli və Zaur Bayramov, C qrupunda isə 10 yaşlı Nurlan Qənizadə qızıl medal qazanıblar. Veteranların Azərbaycan çempionatında Emin Novruzov zirvəyə yüksəlib.
Festivalın ən yaşlı iştirakçısı 91 yaşlı Şərail Avazov, ən gənc şahmatçısı isə 6 yaşlı Gülər Camallı xüsusi mükafatlara layiq görülüblər.
Qeyd edək ki, festivalın ümumi mükafat fondu 50 min ABŞ dolları təşkil edib.


