2025-26 mövsümündə basketbol üzrə Azərbaycan Kubokunu və çempionatın bürünc medalını qazanan "Gəncə" basketbol klubu növbəti mövsüm FIBA Avropa Kubokunda iştirak etmək arzusundadır. 

Offsideplus.az xəbər verir ki, klubun idman direktoru Elnur Cəfərov HIT FM-də yayımlanan "Meydan" verilişində klubun avrokuboklarda iştirak etmək istədiyini bildirib:

"Ölkə çempionatını 3-cü başa vurmuş olduq və avrokuboklarda iştirak hüququ əldə edirik. Basketbol üzrə ilk dəfə Azərbaycanı avrokuboklarda bölgə komandası təmsil edəcək. “Gəncə”də basketbola kifayət qədər həvəs və maraq var. Avrokuboklarda çıxış edərək bu marağı daha da artırmaq istəyirik”, deyə o, qeyd edib.