"Neftçi SOCAR" FIBA 3x3 Qadınlar Seriyasının Manila mərhələsində B qrupunda B qrupunu lider kimi tamamlayıb.
Offsideplus.az xəbər verir ki, ilk oyunda Polşanı 22:11 hesabı ilə məğlub edən qızlar növbəti görüşdə Çinə də qalib gəlib. Oyun "Neftçi SOCAR"ın 19:17 hesablı qələbəsi ilə yekunlaşıb.
1/4 finalda növbəti rəqib Monqolustan olacaq. Oyun sabah saat 12:15-də başlayacaq.
Komandamız turnirdə Brianna Freyser, Aleksandra Mollenhauer, Dina Ulyanova və komandanın yeni transferi Aoi Katsura ilə mübarizə aparır.


