İngiltərənin "Liverpul" klubu cari mövsümün sonunda UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməyəcəyi təqdirdə böyük maliyyə itkisi ilə üzləşə bilər. 

Offsideplus.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Avropa Kubokuna vəsiqə qazanmamaq klubun gəlirlərini əhəmiyyətli dərəcədə azalda bilər. Ancaq mersisaydların maliyyə vəziyyəti ötən yay transfer pəncərəsində xeyli xərclərə baxmayaraq sabit qalır.

Qeyd edək ki, “Liverpul” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 48 xalla altıncı yerdə qərarlaşıb.