Dominik Soboszlai “Liverpul”un yeni müqavilə təklifini qəbul edib.
Offsideplus.az xəbər verir ki, məlumata görə, macar yarımmüdafiəçi 2031-ci ilin iyun ayına qədər “Enfild”də qalmağa razılıq verib.
Klub rəhbərliyi danışıqları sürətləndirərək futbolçunun tələblərini qarşılayıb və ona maraq göstərən "Real Madrid" klubunun planlarını pozmağa çalışıb. Bildirilir ki, Madrid təmsilçisi oyunçu ilə ciddi maraqlanırdı.
Daha əvvəl bir gün “Real Madrid”də oynamağın arzusunda olduğunu bildirən Soboslai artıq qərarını verərək “Liverpul”da qalmağa üstünlük verib.
Futbolçu yaxın günlərdə həftəlik 300 min funt sterlinq (bonuslar daxil) maaş nəzərdə tutan yeni 3 illik müqaviləyə imza atac aq.


